Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş olub - FOTO

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş olub - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının ailə və sosial xidmətlər nazirinin müavini Sevim Sayım Madakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Qaziler.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, fəal siyasi dialoqun bu gün iki ölkənin bütün sahələrdə əməkdaşlığının möhkəmləndirilməsinin əsasını təşkil etdiyini bildirib.

Azərbaycanla Türkiyənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyi, əmək və sosial müdafiə sahəsində də əlaqələrimizin daim genişlənməkdə olduğu vurğulanıb. Ötən dövrdə iki ölkə arasında bu sahədə əməkdaşlığa dair 8 sənədin imzalandığı diqqətə çatdırılıb. Ölkəmizdə son illər aparılan sosial islahatların nailiyyətləri, o cümlədən DOST konsepsiyası, sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işləri qeyd edilib. 

Azərbaycanda sosial xidmətlər və övladlığagötürmə, himayədar ailə sahələrində görülən işlərdən bəhs olunub, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında bu sahələrdə fəal əməkdaşlıq təcrübəsinin mövcud olduğu vurğulanıb. Xüsusilə son illər iki nazirlik arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun və bu sənədin tətbiqinə dair Fəaliyyət Planının önəmi diqqətə çatdırılıb. 

Sevim Sayım Madak ikitərəfli əməkdaşlığın ildən-ilə genişlənməsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcək inkişafı üçün səylərin qarşıdakı dövrdə də davam etdiriləcəyini bildirib.  Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Nümayəndə heyəti üçün Nazirlikdə “Əlilliyi olan şəxslərə dair siyasət və xidmətlər”, “Əlilliyi olan şəxslər üçün müyəssərliyin təmin olunması” və “Əlilliyi olan şəxslərin sosial həyatda iştirakı və məşğulluğunun təmin olunması” mövzularında təqdimatlar da edilib.  

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, onların cəmiyyətə inteqrasiya imkanlarının  artırılması istiqamətində aparılan işləri diqqətə çatdırıb.  

Görüşdə qeyd edilən mövzularda müzakirə və təcrübə mübadilələri aparılıb.

Diaspora