Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada fəaliyyət göstərən “International Elite 100 Awards” müsabiqəsində uğur əldə edib.
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, agentlik müsabiqəyə rəqəmsal layihələri ilə qatılıb və “Dövlət Məşğulluq Xidmətlərində Ən Yaxşı Rəqəmsal Təşəbbüslər” kateqoriyası üzrə qalib seçilib.
https://internationalelite100.com/2025-winners
Müsabiqədə Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit Okean hövzəsi regionundan 500-dən çox qurum iştirak edib.
Bu mükafat qlobal iş dünyasında unikal yanaşmaları, innovativ layihələri və nailiyyətləri ilə fərqlənən qurumlara verilir.
