Gəncədə qidadan zəhərlənən 6 nəfərin durumu açıqlanıb

Gəncədə qidadan zəhərlənən 6 nəfərin durumu açıqlanıb backend

Aprelin 14-də saat 18:20 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (4 qadın, 2 kişi cinsli) hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

"Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi və kəskin qastrit diaqnozları təyin edilən şəxslərə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", məlumatda deyilir.

Diaspora