Bu gün qəzada həlak olan qadın hərbçimizin atası şəhid olub, oğlunu isə ötən il itirib - FOTO

Bu gün qəzada həlak olan qadın hərbçimizin atası şəhid olub, oğlunu isə ötən il itirib - FOTO backend

“Bü gün Kəlbəcərdə baş verən qəzada hərbi qulluqçumuz İlahə Şahverdiyeva həlak olub. Bir il əvvəl cavan oğlunu itirmişdi. Bu gün də özü həlak oldu”.

Qaziler.az xəbər verir ki, bu barədə jurnalist Zahid Nurəliyev feysbuk səhifəsində paylaşım edib. O, hərbçi xanımın şəxsi səhifəsində oğlu və şəhid atası ilə bağlı ürəkparçalayan paylaşımlarının olduğunu qeyd edib.

“Görüşünə tələsdiyi doğmalarına qovuşdu... Yeri gəlmişkən, İlahə xanım Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. Atası Rəsul Şahverdiyev də 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub.

Bayaq xəbəri dəqiqləşdirmək üçün Laçın ağsaqqallarından Qəzənfər müəllimlə danışdım. İsrafil Şahverdiyev haqqında maraqlı bir hadisə danışdı. Bir dəfə İsrafil polis rəisindən icazəsiz ermənilərlə döyüşə gedib. Gələndə rəis onu danlayıb, deyib niyə icazəsiz döyüşə getmisən? İsrafil Şahverdiyev deyib ki, komandir, məni nənəm böyüdüb, uşaq vaxtı başımı sinəsinə qoyurdum, boşluğa düşürdü, bir döşü yox idi. Bir dəfə soruşdum bu haqda, nənəm dedi ki, o, vaxt ermənilər kəsib. Deyir, komandir, nənəmin qisasın almağa getmişdim.

Şəhid jurnalist Salatın Əsgərovanın qisasının alınmasında da İsrafil Şahverdiyevin böyük rolu olub.

Allah bu qəhərman ailənin bütün dünyadan köçənlərinə rəhmət eləsin!”.

Qeyd edək ki, aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.

QAZİLER.AZ

Diaspora