Şimal rayonlarına qar yağır

Şimal rayonlarına qar yağır backend

Azərbaycanın şimal rayonlarına -Quba, Qusar və Xızı rayonlarına qar yağır. Virtualaz.org-un yerli bürosundan verilən xəbərə görə, qar yağması bu gün səhərdən başlayıb.

Qubanın Qonaqkənd, Xızının Altıağac yaşayış məntəqələrində qarın hündürlüyü 2 santimetrə çatır.

Mütəxəssislərin sözlərinə görə, bu cür hava şəraiti noyabr ayında şimal bölgəsi üçün xarakterikdir.

Amma maraqlıdır ki, dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə yerləşən Xınalıq kəndində nəinki qar, ümumiyyətlə, yağıntı müşahidə olunmur.