Sabah Bakının iki qəsəbəsində işıq olmayacaq

Sabah Bakının iki qəsəbəsində  işıq olmayacaq backend

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Səhmdar Cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqədar aprelin 15-də bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Sulutəpə və Çiçək qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Diaspora