Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” mobil tətbiqi ABŞ-ın “Best Mobile App Awards” müsabiqəsində “Ən yaxşı yeni mobil tətbiq” kateqoriyası üzrə mükafata layiq görülüb.
Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
“Best Mobile App Awards” müsabiqəsi müxtəlif kateqoriyalar üzrə ən yaxşı mobil proqramları, iOS və Android üçün mobil tətbiqlərdə innovasiya, yaradıcılıq və praktikliyi tanıtmaq məqsədi daşıyır.
Müsabiqəyə “e-sosial” portalının məqsədi, həmçinin mobil versiyanın funksionallıqlarını nümayiş etdirən vizual materiallar təqdim olunub.
