Moskva vilayətinin Naxabino qəsəbəsində yeniyetmənin ticarət mərkəzində mağazanı yandırması anının görüntüləri yayılıb.
Qaziler.az bildirir ki, bu barədə “İzvestiya” məlumat verir.
Görüntülərdə 13 yaşlı yeniyetmənin mağazaya girərək paltar rəflərinin yanına benzin tökdüyü görünür. Daha sonra mayeni yandırıb. Gənc oğlan baş verənləri telefonunun kamerasına da çəkib.
Alov genişlənməyə başlayandan sonra yeniyetmə qaçıb.
QAZİLER.AZ