Xankəndidə konfrans keçirilir - FOTO

Xankəndidə konfrans keçirilir - FOTO backend

Aprelin 14-də Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans təşkil olunub.

Qaziler.az bildirir ki, Konfransda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev və digər dövlət rəsmiləri iştirak edir. Onlar çıxışlarında Heydər Əliyev və onun davamçısı İlham Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərindən danışıblar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, çıxışında bildirib ki,dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin uzun illərdən sonra yenidən bərpası dahi şəxsiyyət Heydər Əliyevə nəsib olub. Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyası onun üzərinə düşüb. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik  Respublikasının varisi və müstəqil respublika elan etdi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Heydər Əliyevin xidmətləridir. O, müstəqil Azərbaycan dövlətini yaratmışdır. Onun öz sözlərini burda xatırladıram.“ Biz azad, müstəqil, sərbəstik. Biz heç kəsdən asılı deyilik. Biz öz taleyimizin sahibiyik.  Bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar. Çünki əsrlər boyu Azərbaycanın mütəfəkkirləri  milli azadlıq, müstəqillik üçün vuruşub, mübarizə aparıblar. Buna nail ola bilməyiblər.Amma biz müstəqilliyə nail olduq. “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Hər birimiz  həyatımızla, canımızla Azərbaycanın müstəqilliyini qorumalıyıq.”  Burda Prezident İlham Əliyevin bir çıxışını da xatırlatmaq yerinə düşər. O, belə demişdi:  Ümumilli lider Heydər Əliyev  suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Ulu öndərin böyük coşqu ilə sevdiyi Qarabğda və Şərqi Zəngəzurda bu gün həyat yenidən canlanır. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün dogma yurdlarına qayıdırlar.Azərbaycan dövlətinin suverenliyinin təmini Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür. Bunu isə çıxışında Baş prokuror Kamran Əliyev deyib. O, vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycanın inkişaf etdirilməsi, iqtisadi və hərbi gücünün artırılması, beynəlxalq aləmdə aparıcı mövqeyə malik, regional və bir sıra qlobal məsələlərin həllində nüfuzlu tərəfdaş və söz sahibi olan dövlət kimi tanınması, ən əsası Azərbaycan dövlətinin suverenliyinin təmin olunması Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür:"Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnib. 44 günlük Vətən müharibəsi milli qürurumuzun bərpası ilə yanaşı, həm də dünyaya ədalətin gec ya da tez bərqərar olduğuna dair bir mesaj kimi qəbul edilməlidir".

Diaspora