Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Antalya səfərindən fotolar paylaşıb.
Qaziler.az xəbər verir ki, fotolarda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanın övladları - Əli və Mikayıl Ağalarovlar yer alıblar.
Qeyd edək ki, bu gün Türkiyənin Antalya şəhərində IV Antalya Diplomatik Forumunun açılış mərasimi keçirilib. Dövlət başçısı və birinci xanım forumda iştirak ediblər.