Estoniya Ukraynaya hərbçilər üçün 10 min mərmi və ərzaq paketi çatdıracaq. Bu, yaxın həftələrdə baş verəcək.
Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə Estoniya Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkurun "Ramşteyn" görüşündən əvvəl verdiyi açıqlamaya istinadən yazır.
“Ya bu həftə, ya da gələn həftə 155 mm-lik 10 000 patron tədarük edəcəyik”, - dedi.
Nazir bildirib ki, ölkə əsgərlər üçün 750 min ərzaq paketi də çatdıracaq.
QAZİLER.AZ