Natəvan Bayramova vəzifədən azad edildi

Natəvan Bayramova vəzifədən  azad edildi backend

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib.

Qaziler.az Bakupost.az-a istinadən xəbər verir ki, o, işdən azad olunması ilə bağlı ərizəsini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim edib.

"Hələlik bu barədə açıqlama vermək istəmirəm. Uyğun bir zamanda məsələ ilə bağlı sosial şəbəkə hesabımda məlumat verəcəyəm", - deyə Natəvan Bayramova vurğulayıb.

Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi. 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək isə o, "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Diaspora