Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun və səfirlik əməkdaşları Xocalı faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarətdə səfirliyin 60-a yaxın əməkdaşı iştirak edib. Ziyarətçilər şəhidlərin xatirəsi yad edilib. Səfir Alper Coşqun Xocalı faciəsinin dəhşətləri barədə danışıb.Faicənin sözün əsl mənasında soyqırım olduğunu diqqətə çatdıran səfir Alper Coşqun Xocalıda yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirildiyini bildirib.
Xocalı qurbanlarının ruhuna dualar oxunub. Şəhidlərin məzarının üstünə gül dəstələri qoyulub.
Türkiyə səfirliyinin nümayəndələri daha sonra Şəhidlər Xiyabanının yaxınlığındakı Türk Şəhidliyini də ziyarət edib.