Cəlilabadda artıq çiyələk yığımı başlayıb

Cəlilabadda artıq çiyələk yığımı başlayıb backend

Cəlilabad rayonunda çiyələk yığımına başlanılıb.

Bu barədə "Report"a fermerlər məlumat verib.

Onların sözlərinə görə, hazırda istixana şəraitində yetişdirilən məhsulun yığımı aparılır. Təxminən 10 gündən sonra məhsulun kütləvi yığımı aparılacaq. Həmçinin ayın sonunda isə açıq sahələrdən çiyələyin toplanması gözlənilir.

Hazırda çiyələyin daxili bazarlarda satış qiyməti 6-8 manat aralığında dəyişir.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonda bu il 632 hektar ərazidə çiyələk əkini aparılıb.

Keçən il isə bu rəqəm 607 hektar olub.

Diaspora