"Əfv Məsələləri Komissiyasının növbəti iclası sabah keçiriləcək".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.
"Komissiyanın növbəti iclası aprelin 9-da saat 15:00-da başlayacaq", - deyə R.Məcid dəqiqləşdirib.
Qeyd edək ki, bu il komissiyanın dörd iclası baş tutub. İclaslarda ümumilikdə 500-dən artıq müraciətlərə baxılıb.
Xatırladaq ki, əfv sərəncamı Azərbaycan Prezidentinin səlahiyyətlərinə daxildir.