Aprelin 8-də Abşeron rayonu, Novxanı ərazisinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi xəbər verir.
Bildirilib ki, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq.
"Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda deyilir.