“Masdar” Azərbaycanda ofşor külək elektrik stansiyaları sahəsində tədqiqatlar aparır

“Masdar” Azərbaycanda ofşor külək elektrik stansiyaları sahəsində tədqiqatlar aparır backend

“Masdar” Azərbaycanda ofşor külək elektrik stansiyaları sahəsində güclərin artırılması üzrə tədqiqatları davam etdirir.

Trend xəbər verir ki, bunu “Masdar Azərbaycan”ın direktoru Murad Sadıxov Bakıda “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpaolunan enerji mənbələri və tullantıların azaldılması” mövzusunda ADA Universitetində keçirilən tədbirdə etdiyi çıxışda deyib.

“Biz ofşor külək elektrik stansiyaları, “yaşıl” hidrogen və akkumlyator enerji saxlama sistemləri sahəsində əlavə güclərlə bağlı tədqiqatları davam etdiririk. Törəmə şirkətlərimizdən biri Naxçıvanda şəbəkə və akkumulyator enerji saxlama sistemlərinin işi üzrə kompleks tədqiqat aparıb”, - deyə o bildirib.

Qeyd olunub ki, ölkənin ümumi enerji balansında bərpa olunan enerji payının artırılmasının potensial təsirini qiymətləndirmək üçün də bir sıra tədqiqatlar həyata keçirilib.

M.Sadıxov əlavə edib ki, “Masdar” hazırda Azərbaycanda üç layihə həyata keçirir: 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyası, 315 MVt gücündə Neftçala Günəş Elektrik Stansiyası və 240 MVt gücündə Abşeron-Qaradağ Külək Elektrik Stansiyası.

Diaspora