Bərdə-Ağdam dəmiryol xəttində görülən işlər AÇIQLANIB

Bərdə-Ağdam dəmiryol xəttində görülən işlər  AÇIQLANIB backend

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bərdə-Ağdam dəmiryol xəttinin layihələndirilməsi və tikintisinə dair işlər davam etdirilir.

ADY-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Bərdə-Ağdam dəmiryol xəttinin ox üzrə uzunluğu 47,1 km, yan yollarla birlikdə uzunluğu isə 58 km-ə yaxın təşkil edir.

"Layihə çərçivəsində ümumilikdə 130 ədəd mühəndis qurğusunun, 5 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd, Qərvənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır.

Dəmiryol xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb. Layihə üzrə süni mühəndis qurğularının tikintisi, yoldəyişənlərin quraşdırılması 100% yekunlaşıb", - qurumdan vurğulanıb.

Qeyd edilir ki, Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi işləri və tikinti-quraşdırma işlərinin (Ağdam Vağzal Kompleksi və Qərvənd stansiyası xaric) 95%-i başa çatıb. Ağdam Vağzal Kompleksinin layihələndirmə işləri tamamlanıb, tikinti-quraşdırma işləri isə davam etdirilir.

Diaspora