"Sözün bitdiyi an" verilişinin yayımı dayandırılır

"Sözün bitdiyi an" verilişinin  yayımı dayandırılır backend

"Kanal S"də yayımlanan "Sözün bitdiyi an" verilişinin yayımı sabahdan dayandırılacaq.

Bu barədə "Report"a kanalın baş prodüseri Roza Allahverdiyeva bildirib.

O, verilişin hansı müddətə dayandırıldığını bilmədiyini söyləyib: “Bu gün iclas oldu və xanım cəzalandırıldı”.

Qeyd edək ki, Nigar Fərhad aparıcısı olduğu verilişdə "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikirlərini səsləndirib və onun səsləndirdiyi fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Bu gün isə Audiovizual Şura "Kanal S"in yayımının birgünlük dayandırılması ilə bağlı qərar qəbul edib.

Diaspora