Dövlət Əmək Müfəttişliyi Xidməti iki beynəlxalq mükafata layiq görülüb

Dövlət Əmək Müfəttişliyi Xidməti iki beynəlxalq mükafata layiq görülüb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu “Asiya Mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində iki mükafata layiq görülüb. 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, xidmətin 2024 və 2025-ci illər üzrə fəaliyyəti və əldə etdiyi nailiyyətləri barədə təqdim olunan iş müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

DƏMX müsabiqədə “Asiyanın Ən Yaxşı Dövlət Əmək Müfəttişliyi Xidməti Mükafatı” və “Asiyanın Ən Yaxşı Əməyin Mühafizəsi Mərkəzi Mükafatı” nominasiyayaları üzrə fərqlənib və adı qaliblər sırasına daxil edilib.  (https://www.asiaawards.org/country/azerbaijan-awards )

Müsabiqədə Azərbaycanla yanaşı, Avstraliya, Sinqapur, Cənubi Afrika, Braziliya və digər bir sıra ölkələrdən 50-dən çox layihə iştirak edib.

Diaspora