MEK "Azərbaycan Milli Elmlər Akademiyası - 80" adlı virtual sərgini təqdim edir

MEK "Azərbaycan Milli Elmlər Akademiyası - 80" adlı virtual sərgini təqdim edir backend

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 27 mart - Elm Günü münasibətilə "Azərbaycan Milli Elmlər Akademiyası - 80" adlı virtual sərgi hazırlayıb.

QAZİLER.AZ  Redaktor.az-a istinadən xəbər verir ki, virtual sərgidə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA haqqında dəyərli fikirləri, Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Sərəncamı yer alıb. 

Bundan əlavə, akademiyanın tarixi inkişaf mərhələləri, təsis olunması və fəaliyyətinə dair ətraflı məlumatlar təqdim edilir. Heydər Əliyev və Elmlər Akademiyası bölməsində Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Akademiyanın fəaliyyətinin intibah dövrü olduğu, ikinci dəfə hakimiyyətə gəlişindən sonra AMEA-nın nüfuzunun, səlahiyyətlərinin və funksiyalarının artırılması sahəsində ciddi addımlar atıldığı qeyd olunub. Yeniləşmə dövrü bölməsində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksələn xətlə inkişafı proseslərinə uyğun olaraq, akademiyanın modernləşməsi, islahatların aparılması yer alıb. 

Akademiyanın ayrı-ayrı illərdəki hesabatları, elmi ədəbiyyat, beynəlxalq elmi konfransların materialları, biblioqrafik göstəricilər, soraq-biblioqrafik məlumat kitabları və digər dəyərli nəşrlər sərgidə müxtəlif dillərdə oxuculara təqdim olunur. 

MEK-də ənənəvi formada da təşkil olunan sərgi ilboyu mütəmadi yenilənəcək və davam etdiriləcək.

Diaspora