Tovuzda ananın evdə günlərlə tək qoyduğu körpənin durumu açıqlanıb

Tovuzda ananın evdə günlərlə tək qoyduğu körpənin durumu açıqlanıb backend

Bir neçə gün əvvəl Tovuzda valideyninin evdə tək qoyduğu körpənin müalicəsi Bakıda davam etdirilir, vəziyyəti ağırdır.

Bu barədə məlumat TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, 2024-cü il təvəllüdlü azyaşlı martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub.

Məlumata görə, hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Xatırladaq ki, polislər martın 17-si saat 21:20 radələrində 2024-cü il təvəllüdlü azyaşlını Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edib. Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib.

Qeyd edək ki, sosial şəbəkələrdə ananın nikahdankənar dünyaya gətirdiyi körpəsindən imtina etdiyi ilə bağlı məlumatlar yayılıb. 

Diaspora