DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir backend

Prezident İlham Əliyevin 12 mart 2025-ci il tarixli Fərmanı ilə DOST Agentliyinin Nizamnaməsinin və DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısının mövcud qanunvericilik aktlarına uyğunlaşdırılması, optimallaşdırılması və təkmilləşdirilməsi təmin edilib.

Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Son illər ardıcıl sosial islahatlar çərçivəsində sosial müdafiə və aktiv məşğulluq proqramları xeyli genişləndirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə xidmətlərin inkişafı sahəsində mühüm addımlar atılıb.

Qeyd edilənlərlə əlaqədar Fərmanla DOST xidmətlərinin siyahısı da yeni redaksiyada verilib. Siyahıda başlıqların, bəndlərin, yarımbəndlərin məzmunu dəqiqləşdirilib, xidmətlərin bölgüsü yenidən aparılıb.

Habelə siyahıda bir sıra yeni xidmət istiqamətlər də əksini tapıb. Beləliklə, DOST mərkəzlərində

 əvvəl 135 xidmət və Vahid Əlaqələndirmə Mərkəzləri (VƏM) vasitəsilə 21 xidmət olmaqla, cəmi 156 xidmət göstərilirdisə,

 yeni siyahıya əsasən, 143 xidmət və VƏM vasitəsilə 18 xidmət olmaqla, göstərilən xidmətlərin sayı 161-ə çatdırılıb

Diaspora