Seyran Məmmədov "Bakı Biznes Mərkəzi"ndəki vəzifəsindən çıxıb - FOTO

Seyran Məmmədov "Bakı Biznes Mərkəzi"ndəki vəzifəsindən çıxıb - FOTO backend

İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin direktoru Seyran Məmmədov işdən çıxıb.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq təsərrüfat şöbəsinin müdiri İlham Qurbanova həvalə olunub.

Xatırladaq ki, "Bakı Biznes Mərkəzi" 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. S.Məmmədov Mərkəzə elə o vaxtdan (15 il) rəhbərlik edib. Keçmiş direktorun digər dövlət qurumuna təyinat aldığı bildirilir. 

Diaspora