Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı

Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı backend

Sabah Ramazan ayının 23-cü günüdür.

QAZİLER.AZ  Trend-ə istinadən verdiyi  məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 23-də Bakıda imsak saat 05:13, iftar isə saat 19:10-dədir.

Ramazan ayının 23-cü gününün duası:

"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".

Tərcüməsi:

"İlahi, bu ayda mənim günahlarımı yu (pak et), məni eyiblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini bağışlayan Allah!"

Allah orucunuzu qəbul etsin!

 

 

Diaspora