Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli şəhid Ələddin Səidovun ailəsini ziyarət edib.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, Ələddin Səidov 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailəsinə müvafiq sosial ödənişlər təyin edilib və ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ikiotaqlı mənzillə təmin olunub.
Ailə ilə görüşdə şəhid Ələddin Səidovun şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. Ailənin üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər

