Azərbaycanın Ukraynadakı Səfirliyi, SOCAR-ın Ukrayna nümayəndəliyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatı dəstəyi ilə Kiyevdə Xocalı faciəsinin 23 illiyinə həsr olunmuş konsert-rekviem keçirilib.
Fairmont Grand Hotelində, Kiyev Dövlət Filarmoniyasının Kiyev solistləri orkestri, Qəbələ beynəlxalq musiqi festivalının həmtəsisçisi Dmitri Yablonskinin dirijorluğu ilə keçirilən rekviemdə Aleksandr Çaykovskinin – “Xocalı” rekviemi, Qara Qarayevin, Vaqif Mustafazadənin, Fikrət Əmirovun əsərləri səsləndirilibQeyd edək ki, tədbirdə Pakistanın, Türkiyənin, Qazaxıstanın Ukraynadakı səfirləri, Ali Radanın deputatları, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Roman Nəsirov, Ukraynanın tanınmış ictimai xadimləri, Dövlət Nazirləri, Universitet rektorları və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Kiyev nümayəndəliyinin koordinatoru, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Diaspor nümayəndələri də işitak ediblər.
Azərbaycanın Ukraynadakı Səfiri Eynulla Mədətli Diaspora TV-ə bildirib ki, bu dəfə məhz anım mərasiminin rekviem şəklində təşkil olunmasında məqsəd daha çox diqqəti cəlb etməkdir. “Mənə elə gəlir ki, bizim tədbirimiz öz ali məqsədinə çatdı. Çünki hazırda Ukrayna xalqı da bənzər acıları yaşayır.” - səfir E.Mədətli bəyan edib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu cür tədbirləri keçirməkdən heç vaxt usanmayacaqlarını bəyan etdi. “Bu gün diasporumuzun üzvü olan gənclər Xocalı Faciəsinə həsr edilmiş qəzet buraxıblar. Bu qəzet yerli ictimaiyyət arasında çox böyük marağa səbəb oldu.” - deyə Diaspora sədri Hikmət Cavadov bəyan edib.
Qeyd edək ki, tədbir iştirakçılarına “Azərbaycanın sözü” qəzetinin Xocalı faciəsinə həsr edilmiş xüsusi buraxılışı paylanıb. Qəzet 30 min nüsxədə dərc edilib və Ukraynanın bütün bölglərində yerləşən SOCAR avtoyanacaq məntəqələrində 4 gün ərzində pulsuz paylanılacaq.
Tədbirin sonunda Azərbaycandan xususi olaraq dəvət edilmiş gənc tarzən Şəhriyar İmanovun Kiyev Dövlət Filarmoniyasının Kiyev solistləri orkestri ilə birgə tarda ifası çox böyük marağa səbəb olub.