Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xidmətlərin elektronlaşdırılması sahəsində uğurlu təcrübəsi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Bu barədə Qaziler.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Böyük Britaniyanın "iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumunun təşkil etdiyi bu müsabiqədə nazirlik dövlət xidmətlərinin transformasiyasında əhəmiyyətli innovativ yeniliklərə görə 2025-ci il üzrə “Mükəmməllik Sertifikatı”na layiq görülüb.
Onu da qeyd edək ki, müsabiqədə müxtəlif ölkələrdən 60-dan çox dövlət qurumuna aid layihələrin və iş təcrübələrinin qiymətləndirilməsi aparılıb.