Redaksiyamıza Bakı şəhəri, Nərimanov rayonu, Ş. Mustafayev küçəsi ev 7, mənzil 22 ünvanında yaşayan birinci qrup müharibə əlili Musayev Valeh Eldar oğlu tərəfindən məktub daxil olub. Qarabağ qazisi məktubunda Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edib.
Qaziler.az həmin müraciəti təqdim edir:
Hörmətli cənab Prezident!
Mən birincici qrup Qarabağ Müharibəsi əlililiyəm. Qarbağda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişəm. 26 fevral 1992-ci ildə Xocalı soyqırımında azərbaycanlıların düşmənin əlindən xilas edilməsi əməliyyatında yaxından iştirak etmişəm. Ağdam rayonundan məcburi köçkünəm, himayəmdə azyaşlı uşaq var.
«Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının rəhbəri Məmməd Musayevdən, həm də Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi Nuriyeva Səbinə Vidadi qızının qanunsuzluğundan sizə müraciət edirəm. Xahiş edirəm, mənə kömək edin!
Belə ki, Nərimanov rayon Məhkəməsinin 2(005)- 1356/2014 saylı, 09 aprel 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, borclu Musayev Valeh Eldar oğlundan cəmi 21307,04 (iyirmi bir min üç yüz yeddi ABŞ dolları, 04 sent) ABŞ dolları məbləğində kredit borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat tutularaq tələbkar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh Musayev Valeh Eldar oğlu tərəfindən ipoteka ilə yüklü edilmiş 90-KZ-782 dövlət qeydiyyat nömrəli “Hyundaı Tucson” minik markalı (buraxılış ili 2011, ban-KMHJT81 B2BU256772, rəngi - ağ) avtomobilə yönəldilməsi və açıq hərracda satılması qət edilmişdir.
Qeyd olunan qətnamənin icrası ilə bağlı Nərimanov rayon İcra Şöbəsi tərəfindən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC Musayev Valeh Eldar oğluna məxsus 90-KZ-782 dövlət qeydiyyat nömrəli “Hyundaı Tucson” minik markalı avtomobilin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə 11 dekabr 2015-ci il tarixə hərrac sifariş edilmiş, həmin tarixdə sözügedən avtomobil 10370 (on min üç yüz yetmiş) manata hərracda satılmış və satışdan əldə edilən vəsait qətnamə üzrə borcdan silinmişdir.
Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Qalib Hüseynli 19.05.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarda sözügedən nəqliyyat vasitəsinin “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin 11.12.2015-ci il tarixli, 449 saylı “Hərrac Protokolu”na əsasən satıldığını əsas kimi göstərərək icraata xitam vermişdir.
Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru 13.04.2016-cü ildə icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul edilmişdir.
Hazırda Beynəlxalq bankın əvəzində özünü tələbkar adlandıran «Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı bu qərardan 03 aprel 2024-cü ildə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə şikayət etmiş və onun ləğv edilməsini xahiş etmişdir.
Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi Nuriyeva Səbinə Vidadi qızı da 16.04.2024-cü il tarixli qərardad qəbul edərək “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1356/2014 saylı, 19.05.2014-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 13.04.2016-cı il tarixli “qismən icra edilmiş icra sənədinin məhkəməyə qaytarılması” haqqında qərarının ləğv edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1356/2014 saylı, 19.05.2014-cü il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi” qət etmişdir.
1. Şikayətdə qeyd edildiyi kimi, “İcra haqqında” Azərbaycan Respubulikası Qanunun 23.7-ci maddəsinə əssən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.04.2024-cü il tarixli qərardadından şikayət verilərək bildirmişdir ki, 13.04.2016-cü ildə icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan 30 gün ərzində şikayət verməli olduğu halda, 8 il sonra şikayət verilmiş, məhkəmədə heç bir hüquqi əsas olmadan bu şikayəti təmin etmişdir. İş materialından göründüyü kimi tələbkar bu müddətin ötürülməsinin nə ilə bağlı olduğunu izah etməmiş, eyni zamanda onun üzrlü hesab edilməsi barədə də vəsatət verməmiş, buna baxmayaraq məhkəmə heç bir hüquqi əsas olmadan bu şikayəti təmin etmiş, icra məmurunun 13.04.2016-cü il tarixli qərarını ləğv etmişdir.
2. Birinci instansiya məhkəməsi bu işə baxan zaman heç Nərimanov Rayon İcra Şöbəsinin icra işi materiallarını götürməmiş və onu tədqiq etməmişdir.
3. İş materialından göründüyü kimi hazırda Beynəlxalq bankın əvəzində özünü tələbkar adlandıran «Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı verdiyi şikayətdə problemli kreditlərin satın alınması ilə bağlı borclu Musayev Valeh Eldar oğlunun sənədlərinin S-AVK-835 saylı 27.09.2017-ci il tarixli təhvil-təslim aktına əsasən “Aqrarkredit” QSC-nə verildiyini bildirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, ondan təxminən bir il altı ay qabaq, yəni, 13.04.2016-cı il tarixində Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin məmurunun qərarı ilə iş üzrə icraata xitam verilmiş, qərar da tələbkar “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə göndərilmişdir.
4. Məhkəmənin qətnaməsindən göründüyü kimi tutma cavabdeh Musayev Valeh Eldar oğlu tərəfindən ipoteka ilə yüklü edilmiş 90-KZ-782 dövlət qeydiyyat nömrəli “Hyundaı Tucson” minik markalı (buraxılış ili 2011, ban-KMHJT81 B2BU256772, rəngi - ağ) avtomobilə yönəldilməsi və açıq hərracda satılması qət edilmişdir. 11 dekabr 2015-ci il tarixə hərrac sifariş edilmiş, həmin tarixdə sözügedən avtomobil 10370 (on min üç yüz yetmiş) manata hərracda satılmış və satışdan əldə edilən vəsait qətnamə üzrə borcdan silinmişdir.
Qeyd edirəm ki, adı çəkilən avtomobil hərracda 1 il 8 ay Beynəlxalq Bank tərəfindən saxlanılmış, guya 3 dəfə alıcı olmaması səbəbindən satılmadığı bildirilmiş, lakin sonra öz adamları olan şəxsə 10370 manata satmışlar. Bank təqdim etdiyim alıcını yaxına buraxmadı, özlərinin tanıdığı şəxsə onu aşağı qiymətə satdılar. Həmin avtomobil 3-4 ilin təzə maşını idi, həmin vaxt onun 27.000 (iyirmi yeddi min) ABŞ dolları qiyməti var idi. Halbuki həmin vaxt avtomobilə 27 min ABŞ dollarına müştəri də tapmışdım. Amma bank rəhbərliyi mənim təklifimi qəbul etmədi.
Hörmətli cənab Prezident!
Sizdən xahiş edirəm Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin bu işlə bağlı 8(005)-209/2024 saylı 16.04.2024-cü il tarixli qərardadını ləğv edilməsinə və bu işdə mənə köməklik edəsiniz.
QAZİLER.AZ