“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) B.Sərdarov adına Maşınqayırma Zavodunu məhkəməyə verib. “Report” xəbər verir ki, bank zavod qarşısında borcun tutulması barədə iddia qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Bakı Apelyasiya Məhkəməsi şikayəti geri qaytarıb.İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.