Əfv Komissiyasının iclası keçirilib, 400-dək müraciətə baxılıb - Yenilənib

Əfv Komissiyasının iclası keçirilib, 400-dək müraciətə baxılıb - Yenilənib backend

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün dördüncü iclası keçirilib.

Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, bugünkü iclasda əsasən yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb:

"Təxminən 100-ə yaxın müraciətə baxılaraq səsvermə əsasında qərarlar qəbul edilib. Komissiya bundan sonra işini davam etdirəcək. Komissiya işini bitirdikdən sonra sənədlər cənab Prezidentə təqdim olunacaq".

Qeyd edək ki, bununla da komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.

 

*****

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcidin Apa-ya verdiyi xəbərə görə, bu gün komissiyanın bu il üçün 4-cü iclası baş tutub.

İclasda yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb. Toplantıda 100-ə yaxın müraciət müzakirə olunub.

Hər bir müraciət üzrə səsəvermə əsasında qərarlar qəbul edilib.

Komissiya işini davam etdirəcək. İclaslar yekunlaşandan sonra sənədlər Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Diaspora