Deputatların siyahısı məhkəməyə göndərilir

Deputatların siyahısı məhkəməyə göndərilir backend

Yeni seçilən deputatların siyahısı Konstitusiya Məhkəməsinə noyabr ayının 21-də təqdim ediləcək. Bu barədə modern.az-a Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Onun dediyinə görə, millət vəkillərinin yeni siyahısı məhkəməyə göndərilməzdən öncə MSK-nın seçkilərin nəticələrinə dair yekun iclası keçiriləcək.

Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir.

Xatırladaq ki, parlament seçkiləri noyabrın 1-də keçirilib.