Bakıda bir qrup şəxsin dəyənəklərlə sürücünü ölümcül döyməsinin SƏBƏBİ BİLİNDİ

Bakıda bir qrup şəxsin dəyənəklərlə sürücünü ölümcül döyməsinin  SƏBƏBİ BİLİNDİ backend

Bakının Binəqədi rayonu ərazisində bir neçə nəfərin sürücünü döyməsinin bəzi təfərrüatı məlum olub.

Qaziler.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə namus üstündə baş verib.

Belə ki, döyülən şəxs təqsirləndirilən şəxslərdən birinin xanımına sataşıb. Buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zamanı döyülən şəxs avtomobillə onunla söhbətə gələn şəxslərin avtomobilini vuraraq qaçıb.

Təqsirləndirilən şəxslər onun arxasınca düşərək, tıxacda saxlaya biliblər. Aqressivləşən şəxslər sürücünü döyməyə başlayıblar.

Məlumata görə, döyülən şəxs "TikTok" istifadəçisi olub. Sosial şəbəkə vasitəsi ilə həmin şəxslərdən birinin xanımına mesaj yazıb.

Diaspora