Tehran-Bakı aviareysi təxirə salındı

Tehran-Bakı aviareysi təxirə salındı backend

Bu gün səhər saatlarında Tehran şəhərindən (İran) Bakıya yerinə yetirilməli olan J2 006 nömrəli aviareys təxirə salınıb. "İran Hava Yolları"nın Bakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, Tehran-Bakı reysinin təxirə salınmasına təyyarədə baş vermiş texniki problemlər səbəb olub.

Heydər Əliyev Beynəlxalq Hava Limanından isə bildirilib ki, bu gün saat 04:30-a təyin olunan Tehran-Bakı marşrutu üzrə reys sabah eyni qrafik üzrə yerinə yetiriləcək.

Qeyd edək ki, Tehran-Bakı xətti üzrə həftənin hər günü reyslər həyata keçirilir. Bakıdan uçuş vaxtı 22:30-da başlayır, uçuş 1 saat 15 dəqiqə davam edir və təyyarə 02:35-də Tehrandan Bakı istiqamətində geriyə dönür.