Azad həmişə xatırlanacaq...

Azad həmişə xatırlanacaq... backend

Bu gün Birinci Qarabağ müharibəsinin iştirakçısı, şəhid Azad Zeynalovun doğum günüdür. O, Vətənin düşmənlərdən təmizlənməsini, onun işğaldan azad olunmasını çox arzu etsə də, bunu görmək ona nəsib olmadı.

AZƏRTAC xəbər verir ki, onun ömür payına cəmi 27 il yaşamaq düşdü. Azad Vətəni, onun azad olunmasını çox istəyirdi. Elə bu məqsədlə də silaha sarılmışdı...

Azad Zeynalov 1967-ci il martın 11-də Neftçala rayonunun Dördlər kəndində anadan olub. Hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib, “Azərneft”də əmək fəaliyyətinə başlamışdı. Vətənin çağırışına könüllü olaraq getmişdi. Subay idi.

1994-cü il fevralın 2-də Ağdərənin Şəhriyar yüksəkliyində döyüş yoldaşlarını xilas edərkən şəhid olub.

İndi onun ruhu gec də olsa, yəqin ki, rahatlıq tapıb. Bu gün Qarabağ torpağı öz azadlığına qovuşub, onun sinəsindən erməni vandallarının izləri silinib. Azad da bu yolda canını fəda edən digər şəhidlər kimi ana torpağın qucağında əbədiyyət yuxusuna gedib. O, bu müqəddəs yolda şəhid olan döyüşçülər kimi heç vaxt unudulmayacaq, həmişə xatırlanacaq...

Həm də təkcə doğum günündə yox...

Diaspora