AZAL Parisə aviareysləri ləğv etməyəcək

AZAL Parisə aviareysləri ləğv etməyəcək backend

"Azərbaycan Hava Yolları" (AZAL) QSC yaxın vaxtlarda Parisə aviareysləri ləğv etməyi planlaşdırmır. Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, ötən gün növbəti aviareys Parisə uğurla həyata keçirilib və təyyarə artıq Bakıya qayıdıb.

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində təqribən 130 nəfər ölüb.