Gəncədə əmək yarmarkası olacaq

Gəncədə əmək yarmarkası olacaq backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti noyabrın 18-də Gəncə şəhərində Əmək yarmarkası təşkil edəcək. ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, yarmarkada 60-a yaxın müəssisə üzrə 380-dək boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.

Tədbirdə həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin olunması üçün ayrı-ayrı müəssisələr üzrə kvota üzrə müəyyən edilmiş iş yerləri də təqdim olunacaq.

Boş (vakant) iş yeri təqdim olunan müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslər qeydiyyata götürüləcək.

Qeyd edək ki, cari ilin ötən dövründə ölkəmizin şəhər və rayonlarında ümumilikdə 55 əmək yarmarkası keçirilib.