Nəsimidə də Qadınlar Günü qeyd edildi - Fotolar

Nəsimidə də Qadınlar Günü qeyd edildi - Fotolar backend

Nəsimi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konsititusiya və Suverenlik” İli çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Hüquqda güclü, suverinlikdə Azad qadınlar” adlı tədbir keçirilib.

QAZİLER.AZ  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti, YAP Nəsimi rayon təşkilatının rəhbərləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, hüquq mühafizə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri iştirak ediblər.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov bayram münasibəti ilə tədbirdə iştirak edən qadınları təbrik edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanda dövlət qadın siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, Azərbaycan qadınları tarixin bütün dönəmlərində cəmiyyətimizin mənəvi dayağı olmuş, çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin layiqincə qorunub saxlanılmasında analarımızın misilsiz xidməti vardır. Bildirilib ki, Azərbaycan qadınları daim vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə səmərəli fəaliyyət göstərib, sosial, iqtisadi və mədəni inkişafımızda mühim naliyyətlər əldə ediblər.

Daha sonra çıxış edən millət vəkili Məlahət İbrahimqızı bütün rayon qadınlarını bayram münasibəti ilə ürəkdən təbrik edib və nəzərə çatdırıb ki, bu gün Azərbaycan qadını öz gücü, zəkası, humanizimliyi, beynalxalq nüfuzdakı nailiyyətləri ilə seçilən qalib xalqın aparıcı qüvvəsidir.

Sonda rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim olunub. Tədbir bədii hissə ilə davam etdirilib.

Diaspora