Qalmaqallı klinikada yenidən yoxlama aparıldı - RƏSMİ AÇIQLAMA

Qalmaqallı klinikada yenidən yoxlama aparıldı -  RƏSMİ AÇIQLAMA backend

"Səhiyyə Nazirliyi tərəfindən "Laser Beauty Estetik" klinikası MMC-də yoxlama keçirilib".

Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 2025-ci ilin martın 7-də Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində fəaliyyət göstərən "Laser Beauty Estetik" klinikasında plandankənar yoxlama keçirilib:

"Xatırladaq ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Estetik" klinikasının həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulmuşdu.

Lakin orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib.

Yoxlamanın nəticəsi olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, "Laser Beauty Estetik" klinikasına inzibati xəta haqqında protokol tərtib edilib və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib".

Diaspora