Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-fevral aylarında 57,4 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, onlardan 18,5 min şəxs münasib işlərlə təmin olunub, 816 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Qeyd olunan dövrdə Agentlik tərəfindən 653 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 37,4 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
