Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva martın 5-də Bakıda “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə oxuyub.