Əli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirib - FOTO

Əli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirib - FOTO backend

Baş nazir Əli Əsədov bu gün Neft Emalı Zavodunda baş vermiş yağının səbəblərini yerində araşdırmaq üçün hadisə yerinə gedib, bilavasitə yanğının söndürülməsi prosesini müşahidə edib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

Baş nazir fövqəladə hallar naziri, nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, SOCAR-ın prezidenti və başqa rəhbər şəxslərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqa məsul şəxslər yanğının səbəblərinin araşdırılması və dəymiş ziyanın hesablanmasına dair məruzə ediblər.

Baş nazir səbəblərin araşdırılması və belə halların qarşısının alınması istiqamətində qəti tədbirlərin görülməsi haqda tapşırıqlar verib.

Diaspora