Xocavənddə əlində qumbara partlayan gəncin barmaqları amputasiya olunub

Xocavənddə əlində qumbara partlayan gəncin barmaqları amputasiya olunub backend

Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.

Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Diaspora