Laçında AZAL ilə birgə əmək yarmarkası keçiriləcək

Laçında AZAL ilə birgə əmək yarmarkası keçiriləcək backend

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə Laçın rayonunda əmək yarmarkası keçirəcək. 

Qaziler.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında qeyd olunub.

Yarmarka martın 7-də saat 11:00-dan 13:00-a kimi Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq. 

Tədbirdə bu il Laçında istifadəyə veriləcək Beynəlxalq Hava Limanında uçuşlаrın elektrik-işıq teхniki təminаtı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dan çox vakansiya təqdim ediləcək.

Diaspora