Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcək - FOTO

Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcək - FOTO backend

Bakıda Üzeyir Hacıbəyli küçəsində  5 mart 2025-ci il tarixində yol hərəkətində dəyişiklik ediləcək.

Qaziler.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. 

Bildirilib ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər.

"Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaqdır. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir", - məlumatda qeyd olunub. 

Diaspora