Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi beynəlxalq müsabiqədə qalib seçilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi beynəlxalq müsabiqədə qalib seçilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Qaziler.az bu barədə nazirliyə istinadla xəbər verir. 

Birləşmiş Krallıqda yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə Agentliyin “Tibbi Şəhadətləndirmə” altsistemi beynəlxalq ekspertlər tərəfindən yüksək balla qiymətləndirilib. 

Beləliklə, Agentlik müsabiqənin qalibləri sırasına daxil edilərək “İlin Rəqəmsal Layihəsi” ali mükafatına layiq görülüb. (https://internationalelite100.com/) 

Müsabiqədə DTSERA ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit Okean hövzəsi regionundan 500-dən çox qurum iştirak edib. 

2016-cı ildən “The International 100” beynəlxalq qurumu unikal yanaşmaları ilə seçilən qurumlar arasında müsabiqələr təşkil edir və innovativ layihələri, nailiyyətləri ilə fərqlənən qurumları müəyyən edərək təqdir edir. 

Diaspora