Fevral ayının sonunda Gülüstan sarayında insan fəaliyyətinin müxtəlif sahələrində ən yaxşı mütəxəssisləri müəyyən etməyə yönəlmiş “World`s TOP 100” (Dünyanın TOP 100-lük) beynəlxalq layihəsi çərçivəsində "TOP 100 Azərbaycan namizədinin mükafatlandırılması mərasimi keçirilib.
Qaziler.az qeyd edir ki, hazırda “TOP 100” layihəsi dünyanın səkkiz ölkəsində həyata keçirilir.
"TOP 100 Azərbaycan" sertifikatının təqdimetmə mərasimində tibb, gözəllik sənayesi, kulinariya, fitnes və digər sahələr üzrə 150 laureat iştirak edib. Mərasimdə “TOP 100” layihəsinin Qazaxıstan, Qırğızıstan, Latviya və Rusiyanın bir sıra şəhərlərindəki rəhbərləri iştirak ediblər.
Sertifikatların təqdimatı ilə yanaşı, tədbirin qonaqlarına biznes ictimaiyyətinin mühüm aləti – “TOP 100” Azərbaycan milli kataloqu təqdim olunub ki, onun səhifələrində ictimaiyyət nümayəndələri haqqında əlaqə məlumatı əldə etmək və onların peşəkar nailiyyətləri ilə tanış olmaq olar. Siz həmçinin https://top-100.world/ saytında da sizə lazım olan peşəkarı tapa bilərsiniz.
“TOP 100” nominantının müəyyən edilməsində mühüm prinsip odur ki, peşəkarlar peşəkarları tövsiyə edir və buna görə də layihənin seçim komissiyasına tibb elmləri doktoru, professor Vaqif Verdiyev, rəssamlar Azad Əliyev və Tahir Məcidov, baş aşpazlar Rəna Alkan və Tahir Manafov, permanent ustası Emil İlhamoğlu, vizajistlər Fatimə Əkbər və Nigar İbrahimova, koloristlər Tənzilə İsgəndərova və Əfruz Əmirova, saç ustaları Gülya Hüseynova, kosmetoloq Gülsüm Ağayeva, restorator Emin Novruzov və digər tanınmış simalar daxil olub.
Əlamətdar haldır ki, “TOP 100” Azərbaycan seçim tədbirlərində 3 minə yaxın mütəxəssis iştirak edib, lakin onlardan yalnız 560-ı “TOP 100” laureatı olub və milli kataloqun səhifələrinə düşüb. Belə ki, “TOP-100 Jurnalist”ə layiq görülənlər arasında “Yeniçağ.Ru” informasiya-analitik saytının əməkdaşı Cəmilə Çebotareva da var. Uzun müddətdir “Yeniçağ.Ru”da fəaliyyət göstərən tanınmış jurnalist göstərdiyi peşəkar fəaliyyətinə görə bu nominasiyaya layiq görülüb, diplomla təltif edilib.
Mərasim dinamik, həyəcanlı atmosferdə keçib. Mərasimin təsirli final akkordu Emin Ağalarovun repertuarından Emin Həsənin “Azərbaycan” musiqi kompozisiyası olub. Bu zaman layihənin bütün iştirakçıları və musiqidən ilhamlanan tamaşaçılar səhnəyə çıxıblar.
QAZİLER.AZ





