Xarkov Milli İqtisad Universitetinin rəhbərliyi Bakıda görüş keçirib - Fotolar

Xarkov Milli İqtisad Universitetinin rəhbərliyi Bakıda görüş keçirib - Fotolar backend

Fevralın 27-də Bakıda Ukraynanın Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetinin rəhbərliyinin iştirakı ilə tədbir keçirilib.

QAZİLER.AZ  “Qafqazinfo"-ya  istinadən xəbər verir ki, Hilton hoteldə baş tutan tədbirdə media nümayəndələri, tələbələr və.s şəxslər iştirak edib.

Görüşdə Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Yuriy Husyev, Xarkov Milli İqsad Universitetin Rektoru Volodimir Ponomarenko, universitetin prorektoru Tatyana Ştal və kafedra və Xarkov Milli İqsad Universitetin xarici tələbələrin hazırlıq fakultəsinin dekan müavini Cavid Mirzoev iştirak ediblər.

İclasda Ukraynada təhsilin mühüm aspektləri və təhsil sahəsində dövlətlərarası əməkdaşlıq haqqında danışılıb.

Universitetin səlahətli şəxsləri jurnalistlərin ünvanadığı qiymət və təhsilin perspektivləri ilə bağlı bütün sualları cavablandırıb. Onlar Ukraynada qəbul və təhsil şərtləri haqqında tədbir iştirakçılarını dəqiq məlumatlandırıb. 

Əgər siz Avropa diplomu əldə etmək imkanı ilə Ukrayna universitetinə uzaqdan müraciət etməyi planlaşdırırsınızsa, o zaman Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti sizin üçün unikal seçimdir.

Gələcək perspektivlər – XMİU-də təhsil təkcə nüfuzlu diplom deyil, həm də Avropada məşğulluq və karyera yüksəlişi üçün bir fürsətdir.

Diaspora