Prezident Ilham Əliyev: “Bu ağır anlarda Fransa xalqıylayıq“

Prezident Ilham Əliyev: “Bu ağır anlarda Fransa xalqıylayıq“ backend

Prezident İlham Əliyev Parisdə baş verən dəhşətli terror aktları ilə əlaqədar bu ölkənin prezidenti Fransua Ollanda başsağlığı verib. Lent. az-ın AzərTAc- istinadən xəbərinə görə, başsağlığında deyilir:


“Hörmətli cənab Prezident,
Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.