FHN Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbirlər keçirdi - Fotolar

FHN Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbirlər keçirdi - Fotolar backend

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı müxtəlif təşkilatlarda tədbirlər keçirilib.

QAZİLER.AZ  “Qafqazinfo”-ya istindən  xəbər verir ki, tədbirlərdə rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri, rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların mülki müdafiə işinə məsul əməkdaşları, təhsil müəssisələrinin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlərdə bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının müvafiq qərarı ilə hər il martın 1-i bütün dünyada kütləvi humanitar tədbir kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, Ümummili Lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1993-cü ildə Azərbaycan Respublikası bu nüfuzlu qurumun üzvlüyünə qəbul olunub və sözügedən mötəbər beynəlxalq qurumun fəaliyyətinə öz töhfəsini verməkdədir.

Toplantılarda Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə mülki müdafiə işininin etibarlı şəkildə təşkili istiqamətində atılan addımların əhəmiyyətindən danışılıb, bu sahənin daim diqqətdə saxlandığı vurğulanıb. Qeyd olunub ki, dahi liderin mütərəqqi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən əhalinin mühafizəsinin etibarlı təşkili, fövqəladə hallarla bağlı vətəndaşların hazırlığının yüksək səviyyədə təmin edilməsi məsələləri mülki müdafiə qurumları qarşısında əsas vəzifə kimi qoyulub. FHN öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə üzərinə düşən vəzifələrin icrasını intensiv və sistemli şəkildə həyata keçirir, mülki müdafiə işinin təşkilinin yüksək səviyyədə təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir.

Toplantılarda, həmçinin fövqəladə hallar zamanı davranış, ilk tibbi yardımın göstərilməsi, mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları izah edilib, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqqında ətraflı məlumatlar verilib, eyni zamanda qəza-xilasetmə və digər təxirəsalınmaz işlər zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyalarından danışılıb.

Tədbirlərdə, həmçinin FHN-in fəaliyyət istiqamətləri haqqında videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Diaspora